Azərbaycanda transmilli cinayətkar dəstənin üzvü tutuldu- VİDEO

  • 23:13 - 05 Yanvar

Külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirərək Rusiyaya göndərməyə çalışan transmilli cinayətkar dəstənin üzvü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Ximdətindən Avropa.info-ya verilən məlumata görə, bununla bağlı xüsusi əməliyyat keçirilib. Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında keçirlmiş əməliyyat zamanı Fərhad Əliyev tutulub. Onun üzərindən 28 kiloqrama yaxın həşiş və bank kartı aşkar olunub.

İlkin sorğu zamanı Fərhad Əliyev narkotiki sosial şəbəkələrin birində tanış olduğu “Məhəmməd” adlı İran vətəndaşından Salyan rayonunda əldə etdiyini bildirib. Onun əsas niyyəti isə külli miqdarda həşişi satmaq məqsədi ilə Rusiyaya göndərmək olub. Araşdırmalar nəticəsində Fərhad Əliyevin ölkə ərazisindən istifadə etməklə xarici ölkələrə qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən əsas tədarükçülərindən biri olduğu  sübuta yetirilib.

Faktla bağlı cinayət işi başlanılıb, Fərhad Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu transmilli narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


Oxunma sayı: 8878

Oxşar yazılar