Əfsanəvi futbolçu Pele vəfat edib - Braziliyada üç günlük matəm elan olundu - FOTO

  • 09:18 - 30 Dekabr

Braziliyalı futbol əfsanəsi Pele kolon xərçəngi ilə mübarizəni uduzaraq 82 yaşında vəfat edib. 

Avropa.info xəbər verir ki, bu barədə onun qızı Keli Nasimento rəsmi Instagram hesabında məlumat verib. 

“Bizdə olan hər şey sizin sayənizdədir. Sizi sonsuz sevirik. Rahat yat,” Nasimento yazıb. 

Pele dekabrın 29-da müalicə aldığı San-Pauludakı Albert Eynşteyn klinikasında dünyasını dəyişib. 

FİFA Futbol Komissiyası Peleni ən böyük futbolçu, Beynəlxalq Olimpiya Komitəsi isə 20-ci əsrin ən böyük idmançısı kimi tanıyıb. 

Pele Braziliyaya 1958, 1962 və 1970-ci illərdə üç Dünya Kubokunu qazanmağa kömək edib. 

Ümumilikdə, milli komanda üçün çıxışlarda (92 matç) rəqiblərə qarşı 77 qol vurub - bu, hələ də üstün olmayan bir nailiyyətdir. 

Ümumilikdə, Pele futbolçu karyerası ərzində 1363 matçda 1283 qol vurub. 

Pele pərəstişkarları arasında "Qara mirvari" ləqəbini qazanıb. 

Pele (əsl adı Edson Arantis do Nascimento) 23 oktyabr 1940-cı ildə Tres Korakoins şəhərində (Braziliyanın şərqindəki Minas Gerais ştatı) anadan olub. 

"Santos" və "Nyu York Kosmos" klublarında oynayıb. 

Pele dünyada yeganə futbolçudur ki, futbolçu kimi üç dəfə dünya çempionu olub. Dörd dünya çempionatında iştirak edib. 

Pelenin dəfn mərasimi yanvarın 3-də olacaq 

Futbol kralı ilə vida mərasimi yanvarın 3-də onun doğulduğu San-Paulu ştatının eyniadlı şəhərinin “Santos” futbol klubunun stadionunda keçiriləcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Braziliya mətbuatının məlumatına görə, Estadio Urbano Caldeira arenasında anım mərasimindən sonra futbol kralının cənazəsi olan tabut Santos küçələri ilə aparılacaq. 

Pele Ekumenika nekropolunda dəfn ediləcək. Kompleks Ginnesin Rekordlar Kitabına dünyanın ən hündür şaquli qəbiristanlığı kimi düşüb. 

Braziliya hökuməti əfsanəvi futbolçunun ölümü ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.


Oxunma sayı: 11144

Oxşar yazılar