Çin beynəlxalq gəlişlər üçün koronavirus məhdudiyyətlərini LƏĞV ETDİ

  • 11:59 - 27 Dekabr

Çin beynəlxalq gəlişlər üçün koronavirus məhdudiyyətlərini ləğv edib. 

Avropa.info xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyinin məlumatına görə, Çinə gələn səyahətçilərin artıq Çin səfirliklərindən və ya konsulluqlarından “sağlamlıq kodu” tələb etmələrinə ehtiyac qalmayacaq. 

Bununla belə, son 48 saat ərzində mənfi PCR testi hələ də tələb olunacaq. 

Bundan əlavə, hərarət kimi COVID-19 simptomları olan sərnişinlərdən gömrükdə antigen testi tələb olunacaq. 

Belə ki, hakimiyyət xaricdən ölkəyə giriş zamanı məcburi mərkəzləşdirilmiş karantini ləğv edib. İndiyədək xarici ölkələrdən Çinə gələn şəxslər 5 gün xüsusi mərkəzdə, 3 gün isə evlərində karantində saxlanılır. 

Bundan əlavə, Çin hökuməti ölkəyə gələnlər üçün karantin məhdudiyyətlərinin yumşaldılması ilə əlaqədar əcnəbilərə iş, təhsil və ziyarət vizalarının verilməsini sadələşdirəcək”, - deyə ölkənin Xarici İşlər Nazirliyi bildirib.


Oxunma sayı: 6953

Oxşar yazılar