Ronaldonun sevgilisi futbolçuya "Rolls-Royce" hədiyyə etdi - FOTO

  • 18:39 - 26 Dekabr

Kriştianu Ronaldonun sevgilisi Georgina Rodriguez Milad bayramı üçün futbolçuya "Rolls-Royce" hədiyyə edib. 

Avropa.info xəbər verir ki, Ronaldo qırmızı lentlə bağlanmış ağ avtomobil alıb. 

Ronaldo hədiyyənin fotosunu sosial şəbəkə hesabında paylaşaraq, "Təşəkkür edirəm, sevgilim" yazıb. 

Kriştiano Ronaldo 5 dəfə "Qızıl top"un qalibidir. O, karyerası ərzində Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real” və İtaliyanın “Yuventus” klublarının şərəfini qoruyub. Beş dəfə Çempionlar Liqasının qalibi, üç dəfə İngiltərə çempionu, iki dəfə İspaniya və İtaliya çempionu olub.


Oxunma sayı: 13465

Oxşar yazılar