İlham Əliyev MDB liderlərinin iclasında - VİDEO (YENİLƏNİB)

  • 17:08 - 26 Dekabr

Dekabrın 26-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının iclası keçirilib.

Avropa.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

***16:49

Rusiyanın Sankt-Peterburq şəhərindəki Boris Yeltsin adına Prezident Kitabxanasında MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başlayıb.

Avropa.info xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.

Bildirilir ki, görüş Putinin təşəbbüsü ilə həyata keçirilir. 

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin, Belarusun dövlət başçısı Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edir.


Oxunma sayı: 11804

Oxşar yazılar