
Azərbaycan Kuboku: Bu gün son yarımfinalçılar bəlli olacaq
- 10:37 - 20 Dekabr
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
2-ci oyun günündə daha 2 matç keçiriləcək.
Əvvəlcə "Turan Tovuz" "Kəpəz"i qəbul edəcək. Komandalar arasında keçirilən ilk oyunda "Turan Tovuz" 2:1 hesablı qələbə qazanıb.
Digər oyunda isə "Neftçi" öz meydanında "Zirə" ilə qarşılaşacaq. İlk oyunda "Zirə" qalib gəlib - 1:0. Bu cütlərin qalibləri yarımfinalda üz-üzə gələcəklər.
Qeyd edək ki, yarımfinalın digər cütü artıq məlumdur. Finala gedən yolda "Qəbələ" "Səbail"lə qarşılaşacaq.
Azərbaycan kuboku
1/4 final, cavab oyunları
20 dekabr (çərşənbə axşamı)
14:00. "Turan Tovuz" - "Kəpəz"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamal Umudlu
İlk oyun - 2:1
Tovuz şəhər stadionu
19:00. "Neftçi" - "Zirə"
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Cavid Cəlilov
İlk oyun - 0:1
"Bakcell Arena"
19 dekabr
"Sabah" - "Səbail" - 0:1
İlk oyun - 2:3
"Qəbələ" - "Qarabağ" - 1:0
İlk oyun - 2:2
Azərbaycan kubokunda yarımfinal cütlükləri
19 və 27 aprel (2023-cü il)
"Qəbələ" - "Səbail"
"Turan Tovuz"/"Kəpəz" - "Neftçi"/"Zirə"