DÇ-2022: Argentina və Fransa yığmaları 3-cü çempionluq arzusunda

  • 14:36 - 18 Dekabr

Qətərdə keçirilən dünya çempionatı bu gün final oyunu ilə başa çatacaq.

Avropa.info bildirir ki, DÇ-2022-nin həlledici görüşündə Argentina və Fransa yığmaları üz-üzə gələcəklər.

"Lusail" stadionunda oynanılacaq matçı polşalı Şimon Marçinyak idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Fransa millisi qələbə qazanacağı halda ardıcıl ikinci, tarixində isə üçüncü dəfə dünyanın ən güclüsü olacaq. "Üçrənglilər" DÇ-1998 və DÇ-2018-də də bu titula sahib çıxıblar.

Argentina seçməsi də üçüncü çempionluğunu qazanmağa çalışacaq. 1978 və 1986-cı illərdə mundialın qalibi olan Cənubi Amerika təmsilçisi 36 illik həsrətə son qoymaq niyyətindədir.

DÇ-2022

Final

18 dekabr

19:00. Argentina - Fransa

Baş hakim: Şimon Marçinyak (Polşa)

"Lusail" stadionu


Oxunma sayı: 9538

Oxşar yazılar