Messi zədə səbəbindən məşqə qatılmadı: Argentina-Fransa finalında oynayacaqmı? - FOTO

  • 18:50 - 16 Dekabr

Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının finalında Fransa ilə hazırlıqlara başlayan Argentina milli komandasında Lionel Messi zədə səbəbindən son məşqinə qatılmayıb. 

Avropa.info xəbər verir ki, əzələsində ağrılar hiss edən ulduz futbolçunun Argentina-Fransa matçında meydanda olacağı gözlənilir. 

DÇ-2022 Qətər finalına hazırlıqlarını davam etdirən Argentinada Lionel Messi son məşqə çıxmayıb. 

Sol bel əzələsində ağrı hiss edən argentinalı ulduzun bu səbəbdən məşqlərə getmədiyi açıqlanıb. 

35 yaşlı Messinin vəziyyətinin qorxulu olmadığı və final oyununda oynayacağı vurğulanıb. 

Messi Xorvatiya ilə yarımfinal matçında qısamüddətli zədə alıb. 

Argentina və Fransa dünya çempionatının finalında dekabrın 18-də, bazar günü saat 19:00-da üz-üzə gələcəklər.

Lionel Messi sakatlığı nedeniyle antrenmana katılmadı! Arjantin-Fransa finalinde oynayacak mı? - 20

 

Lionel Messi sakatlığı nedeniyle antrenmana katılmadı! Arjantin-Fransa finalinde oynayacak mı? - 10

 

Lionel Messi sakatlığı nedeniyle antrenmana katılmadı! Arjantin-Fransa finalinde oynayacak mı? - 4

 

Lionel Messi sakatlığı nedeniyle antrenmana katılmadı! Arjantin-Fransa finalinde oynayacak mı? - 2

Oxunma sayı: 10297

Oxşar yazılar