
PSJ Mbappenin real dəyərini AÇIQLADI
- 17:57 - 16 Dekabr
Paris Sen-Jermen (PSJ) klubu hücumçu Kilian Mbappenin real dəyərini təxmin edib.
Avropa.info bildirir ki, bu barədə “The Telegraph” komandadakı mənbəyə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, Mbappenin real dəyəri 300-350 milyon avro təşkil edir. “Real” Mbappeyə bizim təklif etdiyimizdən daha çox təklif etdi. Və seçimini bizim xeyrimizə etdi. Bu çox şeydən xəbər verir. Kilian PSJ-də qalmağı seçdi və bu, ümumiyyətlə, pulla bağlı deyil", deyə nəşr sitat gətirir.
Oktyabrın 12-də bir neçə klubun Mbappe ilə maraqlandığı məlum olub. Fransa yığmasının direktoru Antero Enrike onlara hücumçunun transferi üçün 400 milyon avro məbləğində vəsait açıqlayıb.
Mayın 21-də PSJ daha əvvəl Real Madridə keçməyə razılıq versə də, Mbappenin karyerasını klubda davam etdirməyə qərar verdiyini açıqlamışdı. Parislilərlə müqavilə üç mövsümlükdür və 30 iyun 2025-ci ildə başa çatacaq. Futbolçunun maaşı vergilərdən sonra illik 57 milyon avrodur.