Fransa - Mərakeş oyunu sonrası iğtişaşlarda 14 yaşlı gənc öldü

  • 15:30 - 15 Dekabr

Fransanın Monpelye şəhərində futbol üzrə Fransa milli komandasının dünya çempionatının yarımfinalında qazandığı qələbənin bayramı zamanı bir yeniyetmə ölüb. Həmin oğlanı hadisə zamanı maşın vurub. 

Avropa.info xəbər verir ki, insident Fransa yığmasının dünya çempionatının finalında qazandığı qələbənin bayramı zamanı baş verib. 

Həkimlərin səyinə baxmayaraq, 14 yaşlı yeniyetmə dünyasını dəyişib. 

Polis araşdırmalarını davam etdirir. 

Bundan əvvəl bildirilmişdi ki, Qətərdə keçirilən dünya çempionatının yarımfinalında milli komandanın mərakeşlilər üzərində qələbəsini qeyd edərkən Paris və Fransanın bir sıra digər şəhərlərində ifrat sağçı qruplaşmalar arasında dava düşüb. 

Fransa mətbuatının məlumatına görə, matçdan sonra polis Fransa və Mərakeş millilərinin azarkeşlərinin toplaşdığı Yelisey meydanına silahla gedən 40 nəfərlik qrupu saxlayıb.

Mərakeş isə Xorvatiya ilə üçüncü yer uğrunda görüşə çıxacaq. Görüş dekabrın 17-də Dohada baş tutacaq.


Oxunma sayı: 7085

Oxşar yazılar