DÇ-2022: Bu gün Argentina millisinin finaldakı rəqibi bəlli olacaq

  • 10:41 - 14 Dekabr

Qətərdə keçirilən dünya çempionatında bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək.

Avropa.info xəbər verir ki, mundialın son qalibi Fransa millisi turnirin sürpriz komandası olan Mərakeşlə qarşılaşacaq.

Meksika Futbol Federasiyasından Sezar Ramosun idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matç "Əl Bayt" stadionunda oynanılacaq.

Cütün qalibi finalda Argentina yığmasına rəqib olacaq. Məğlub tərəf isə 3-cü yer uğrunda oyunda Xorvatiya ilə üz-üzə gələcək.

DÇ-2022

Yarımfinal

14 dekabr

23:00. Fransa - Mərakeş

Baş hakim: Sezar Ramos

Qeyd edək ki, DÇ-2022-nin final matçı dekabrın 18-də keçiriləcək.


Oxunma sayı: 6370

Oxşar yazılar