Zaqrebdə meymun-proqnozçu Dünya Kubokunun ilk finalçısını “müəyyən etdi” - FOTO

  • 21:26 - 13 Dekabr

Xorvatiyanın paytaxtında yerli ictimaiyyətə görə “proqnozları” özünü doğrultmuş Kent adlı gibbon Qətərdə keçirilən dünya çempionatının ilk yarımfinalının qalibini “müəyyən edib”. 

Avropa.info "Anadolu" agentliyinə istinadən xəbər verir ki, meymunun "proqnozuna" görə, Xorvatiya yığması Argentinaya qalib gələcək və dünya çempionatının finalına yüksələcək. 

Üstəlik, Zaqreb zooparkının ən məşhur sakini xorvatlar üçün “tez qələbə” proqnozlaşdırıb. Heyvan iki qutudan Xorvatiya bayrağı olan birini seçib. 

Zaqreb Zooparkının direktoru Damir Skok bununla bağlı bildirib ki, meymun "heç vaxt belə aydın seçim etməyib". O xatırladıb ki, Kent Xorvatiya millisinin 2022-ci il dünya çempionatında əvvəlki bütün qələbələrini təxmin edib.


Oxunma sayı: 6106

Oxşar yazılar