Magistral kəmərdə qəza: Bakının 3 rayonunda su kəsildi

  • 13:38 - 08 Dekabr

Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

"Azərsu" ASC-dən Avropa.info-ya verilən məlumata görə, əraziyə qəza briqadaları və xüsusui texnika cəlb olunub, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.


Oxunma sayı: 2938

Oxşar yazılar