Bank dələduzluğunda yeni üsul - XƏBƏRDARLIQ

  • 12:28 - 08 Dekabr

Bank müştərilərinə aid məlumatlar dələduzlar tərəfindən yeni üsuldan istifadə edilərək müxtəlif formalarda mənimsənilir.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) Avropa.info-ya verilən məlumata görə, bu, qurumun nəzdində fəaliyyət göstərən müvafiq Ekspert Qrupu tərəfindən aparılan təhlillər nəticəsində müəyyən edilib.

Belə ki, dələduzlar tərəfindən bankların çağrı mərkəzlərinin telefon nömrələrinə (adətən 3 rəqəmli) oxşar nömrələrdən bank müştərilərinə kredit məhsullarının təklifləri ilə bağlı zənglər edilir. Bu əsasda bank adından çıxış edən dələduzlar yeni kredit məhsulunun təklifi adı altında müştəriyə aid müxtəlif məlumatları əldə edərək sonradan şəxsi mənafeləri naminə istifadə edirlər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Banklar Assosiasiyası bir daha xəbərdarlıq edir ki, bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməlidirlər.

Bu növ dələduzluq halları ilə qarşılaşdığınız təqdirdə dərhal müştərisi olduğunuz bankla əlaqə saxlamağınızı xahiş edirik.


Oxunma sayı: 2443

Oxşar yazılar