Dağıstandakı güclü zəlzələ Azərbaycanda hiss edilib - YENİLƏNİB

  • 11:07 - 08 Dekabr

Zəlzələrin tədqiqatı bürosunun məlumatına əsasən Dağıstanda Mahaçkaladan 82 km cənub-cənub qərbdə zəlzələ qeydə alınıb.

Bu barədə Milli.Az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələ Azərbaycan ərazisində sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.

***10.50

Gəncə şəhərində və yaxın rayonlarda zəlzələ olub.

Avropa.info Respublika seysmoloji xidmət mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, yeraltı təkanlar dekabrın 8-də saat 10:42 radələrində qeydə alınıb.

Zəlzələ 40-45 saniyə davam edib.


Oxunma sayı: 2322

Oxşar yazılar