Qətərdə keçirilən Dünya Çempionatında SKANDAL: FİFA Serbiya millisini Kosovaya görə cəzalandırdı - FOTO

  • 10:55 - 08 Dekabr

Qətərdə keçirilən Dünya Çempionatında Serbiya millisinin soyunub-geyinmə otağında açdığı bayraqda Kosovonun da yer almasından sonra FİFA Serbiyanı cəzalandırıb. 

Avropa.info xəbər verir ki, FİFA Serbiyanın paltardəyişmə otağında "Kosovonu Serbiyanın bir hissəsi kimi göstərən" bayraq üçün araşdırma başladıb. 

FİFA Serbiya Futbol Federasiyasını Braziliya matçında paltardəyişmə otağında baş verən hadisəyə görə 21 min 300 dollar cərimə olunması ilə bağlı qərar verib. 

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Braziliya ilə qarşılaşan Serbiyanın soyunub-geyinmə otağında "Kosovonu Serbiyanın bir hissəsi kimi göstərən" bayraqla bağlı Serbiya Futbol Federasiyasına qarşı intizam araşdırması başladıb. 

Futbol üzrə Dünya Çempionatında rəqibi Braziliya ilə qarşılaşan Serbiya komandasının soyunub-geyinmə otağında üzərində üzərində “Təslim yoxdur” və “Kosovo xəritəsində Serbiyanın bayrağı” yazısı olan “Serbiya bayrağı” etirazla qarşılanıb. 

Kosovo Futbol Federasiyası məsələ ilə bağlı şikayət etdiklərini və FİFA-nın hadisə ilə bağlı Serbiya Futbol Federasiyasına qarşı "intizam araşdırması" başlatdığını açıqlayıb. 

Kosovonun mədəniyyət, gənclər və idman naziri Hajrulla Ceku deyib: “Onlar Dünya Kubokundan nifrət dolu, ksenofobiya və soyqırım mesajları yaymaq üçün istifadə edirlər”. 

Serbiya 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edən Kosovonu öz ərazisi hesab edir.


Oxunma sayı: 8504

Oxşar yazılar