Türkiyə parlamentinin tribunasında terror təşkilatı TƏXRİBATI: HDP-li deputat Öcalana azadlıq istədi - VİDEO

  • 10:45 - 08 Dekabr

Türkiyə Böyük Millət Məclisində davam edən büdcə müzakirələri zamanı HDP Diyarbəkir millət vəkili Remziye Tosun çıxış edib. 

Avropa.info xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin sərhədyanı əməliyyatlarına qarşı çıxan və bunu “müharibə siyasəti” adlandıran Tosun, terrorçuların lideri Abdullah Öcalana azadlıq tələb edib və etiraz olaraq yaylığını tribunadan atıb. HDP-nin İmam Taşçıer ötən gün tribunadan kürdcə danışıb və mikrofonu söndürülüb. HDP-li deputatların sözügedən təxribatlarına AK Partiya və MHP millət vəkilləri reaksiya verib. 

HDP Diyarbəkir millət vəkili Remziye Tosun Türkiyə Böyük Millət Məclisindəki çıxışında Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatı PKK/YPG-yə qarşı həyata keçirdiyi sərhəd əməliyyatlarına qarşı çıxıb və bunu "müharibə siyasəti" adlandırıb. 

Tosun terrorçuların lideri Abdullah Öcalandan azadlıq tələb edib və buna etiraz olaraq baş örtüyüü tribunadan atıb. 

Tosun qalmaqallı açıqlamalarında bunları deyib: 

"Gəldiyimiz mərhələdə hər zülm üsulu tətbiq edilib və davam edir. Dalana dirənməkdə israr edən üsullar müqavimətlə qarşılanıb. Münaqişələrdən ən çox əziyyət çəkən qadınlardır: "Münaqişələrə son qoymaq, təcrid sisteminə son qoymaq, bu coğrafiyaya şərəfli sülh gətirmək üçün donumu müharibə qərarlarının qəbul edildiyi yerə atıram. Qoy əməliyyatlar dayandırılsın, İmralıdakı təcrid aradan qaldırılsın və şərəfli sülhün yolu açılsın”.


Oxunma sayı: 2608

Oxşar yazılar