Türkiyənin ultimatumundan sonra ölkədə PKK/YPG terror təşkilatı tərəfdarlarına SOYUQ DUŞ: Simpatizanlar şok oldu - FOTO

  • 10:37 - 08 Dekabr

NATO-ya üzvlük üçün Türkiyənin dəstəyini almağa çalışan Finlandiya Ankaranın göstərişi ilə ölkədəki PKK/YPG terror təşkilatının hərəkətlərinə qarşı tədbirlər görməyə başlayıb. 

Avropa.info bildirir ki, Finlandiyanın paytaxtı Helsinkidə keçirilən yürüşdə polis PKK terror təşkilatının əski parçalarının qaldırılmasına icazə verməyib. 

Finlandiya NATO-ya üzvlük prosesində təsdiq almaq üçün Türkiyə ilə danışıqlarını davam etdirir. 

Xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyü üçün Türkiyə ilə imzalanan üçtərəfli razılaşma çərçivəsində atılan addımlardan danışaraq, “Proses müsbət irəliləyir, lakin hələ də atılacaq addımlar var”. 

Açıqlamalardan sonra Finlandiya tərəfində gəlişmə baş verib. 

O, ötən gün Finlandiyanın paytaxtı Helsinkidə “anti-nasist yürüşü” keçirib. 

Terror təşkilatı YPG/PKK simpatiyanı əks etdirən pankart və "bayraq"lardan istifadə edilməsinin qarşısı polis tərəfindən alınıb. 

Rusiya-Ukrayna müharibəsindən sonra Finlandiya və İsveç may ayında NATO-ya üzvlük üçün müraciət edib. 

Proses alyansın 30 üzvünün hamısının təsdiqini tələb edir. Türkiyədən başqa Macarıstan da hələ səsvermədə iştirak etməyib. 

Ankara ekstradisiyası tələb olunan şübhəlilərlə bağlı hər iki ölkədən lazımi addımların atılmasını tələb edir.

 


Oxunma sayı: 2542

Oxşar yazılar