İranda etirazlara görə ilk ölüm hökmü icra EDİLDİ

  • 10:24 - 08 Dekabr

Təhlükəsizlik güclərindən birinə hücum etməkdə və yaralamaqda təqsirli bilinən iranlı etirazçı cümə axşamı edam edilib. 

Avropa.info xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb. 

Məlumata görə, həmin şəxsin adı Möhsün Şəkəri olub, o, Tehranda küçələrin birində nəqliyyatın hərəkətinin qarşısını almaqda iştirak edib və təhlükəsizlik qüvvələrinin birinə bıçaqla xəsarət yetirib. İran Ali Məhkəməsinin məlumatında deyilir: “İnsanları bıçaqlı silahlarla hədələmək və təhlükəsizlik qüvvələrinin üzvlərinə hücum edərək onları yaralamaq müharibə cinayəti törətməkdir”. 

Qeyd edək ki, İranda etirazlar sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra başlayıb. 


Oxunma sayı: 2729

Oxşar yazılar