ABŞ Ermənistandakı səfiri Rusiyaya GÖNDƏRİR

  • 09:18 - 08 Dekabr

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Linn Treysinin namizədliyini ABŞ-ın Rusiyadakı səfirliyinin rəhbəri vəzifəsinə təsdiq olunmasını tövsiyə edib.  

Avropa.info bildirir ki, Bu barədə komitənin mətbuat xidmətindən məlumat verilib. 

İndi diplomatın namizədliyi Senatın tam tərkibi tərəfindən təsdiqlənməlidir. 

Treysi bundan əvvəl ABŞ-ın Ermənistandakı səfiri vəzifəsində çalışıb. 

ABŞ prezidenti Co Bayden sentyabrda onun Rusiyadakı səfiri vəzifəsinə namizədliyini irəli sürüb. 

Linn Treysi ABŞ Dövlət Departamentinin əməkdaşıdır.


Oxunma sayı: 2157

Oxşar yazılar