Sumqayıt-Bakı elektrik qatarının piyada vurmasıyla bağlı RƏSMİ MƏLUMAT - YENİLƏNİB

  • 10:21 - 08 Dekabr

Bu gün səhər saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub.

Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) Avropa.info-ya verilən məlumata görə, vurulan şəxs hadisə yerində dünyasını dəyişib.

Hadisə hüquq mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

***08:29

Sumqayıt-Bakı elektrik qatarı piyadanı vurub.

Avropa.info "report"a istinadən xəbər verir ki, hadisə bu gün saat 07:25-də Sumqayıtdan Bakıya gələn Sumqayıt-Xırdalan-Bakı elektrik qatarında qeydə alınıb.

Hadisə təxminən səhər saat 07:40 radələrində Abşeron rayon ərazisindən keçən hissəsində baş verib.

Hadisə nəticəsində piyada ölüb.

Maşinist hadisə ilə bağlı sərnişinləri məlumatlandıraraq bildirib ki, hadisəyə görə qatarın hərəkəti yubanacaq. Hazırda hadisə baş verən yerdə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.


Oxunma sayı: 2740

Oxşar yazılar