Yunanıstanda böyük xalq etirazı: Polislə nümayişçilər arasında qarşıdurma yaşandı

  • 22:33 - 07 Dekabr

Yunanıstanın paytaxtı Afinada 2008-ci ildə polis gülləsi ilə öldürülən 16 yaşlı Aleksandros Qriqoropulosun ölümünün 14-cü ildönümü münasibətilə keçirilən etiraz yürüşlərindən sonra polislə polis arasında qarşıdurma yaranıb.  

Avropa.info xəbər verir ki, Afinanın mərkəzinə toplaşan minlərlə fəal polis zorakılığını pisləyən şüarlar səsləndirərək parlament binasına doğru yürüş ediblər. 

Qriqoropulosun xatirəsi anılarkən fəallar 16 yaşlı Kostas Franqulisin dünən polis gülləsi ilə başından ağır yaralanmasına da etiraz ediblər. 

Fəallardan ayrılan qrup Eksarhia rayonuna doğru yola düşüb. Buradakı qrup polisə daş və "Molotov kokteyli" atarkən, polis etirazçılara gözyaşardıcı qazla müdaxilə edilib. 

Salonikidə keçirilən aksiyada da oxşar hadisələr baş verib. Minlərlə etirazçı Kamarada Saloniki küçələrində polis zorakılığına etiraz etmək üçün toplaşarkən, bir qrup fəal polisə "Molotov kokteyli" ataraq bəzi zibil qablarını yandırıb. 

Qriqoropulosun ölümündən sonra Afinada keçirilən nümayişlər 2 həftə davam edib, çoxlu bina və avtomobillərə ziyan dəyib.


Oxunma sayı: 1530

Oxşar yazılar