Rusiya Mərkəzi Bankından neft AÇIQLAMASI: Yeni iqtisadi şoklar arasında

  • 22:26 - 07 Dekabr

Rusiya Mərkəzi Bankı bildirib ki, Avropa İttifaqının  (Aİ) Rusiya neftinə tətbiq etdiyi yeni sanksiyalar və qiymət məhdudiyyətləri ölkədə iqtisadi aktivliyi əhəmiyyətli dərəcədə azalda biləcək “yeni iqtisadi şoklar”dır. 

Avropa.info-nun TASS-a istinadən məlumatına görə, Rusiya Mərkəzi Bankı tərəfindən hazırlanmış "Trendlər nə deyir?" hesabatında deyilir ki, qismən səfərbərlik oktyabrın ortaları və noyabrın əvvəllərində Rusiya iqtisadiyyatında qısamüddətli tənəzzülə səbəb olub. 

Noyabrın ikinci yarısında iqtisadiyyatın ümumilikdə yenidən stabil prosesə girdiyinə dair məlumatların yer aldığı hesabatda bunun əsas səbəbi hökumətin verdiyi sərəncamlara dəstək olub. 

Hesabatda Aİ ölkələrinin Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalını dayandırması və Rusiya neftinə 60 dollarlıq yuxarı qiymət həddi tətbiq etməyə başlamasının Rusiya iqtisadiyyatına mənfi təsir göstərəcəyi bildirilib. 

Aİ-nin yeni addımlarının iqtisadiyyatı şoka sala biləcəyinə diqqət çəkən hesabatda, "Rusiyadakı iqtisadi aktivliyi əhəmiyyətli dərəcədə azalda biləcək yeni iqtisadi şoklar arasında Avropanın Rusiya neftinə tətbiq etdiyi sanksiyalar və yuxarı qiymət həddi önə çıxır" deyilib. 

Aİ ölkələri dekabrın 2-də Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin yuxarı qiymət həddinin 60 dollar olması barədə razılığa gəliblər. 

G7 və Aİ ölkələri də dekabrın 5-dən Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalına qadağa qoyacaq. 

Rusiya rəsmiləri yuxarı qiymət həddi tətbiqinə qatılan ölkələrə neft və neft məhsulları satmayacaqlarını açıqlayıb.


Oxunma sayı: 3433

Oxşar yazılar