İsveçrə parlamenti 2023-cü il üçün yeni prezident seçdi

  • 22:00 - 07 Dekabr

İsveçrənin daxili işlər naziri Alen Berse 2023-cü il üçün prezident seçilib. 

Avropa.info xəbər verir ki, ölkə parlamentində keçirilən səsvermə zamanı Berse 140 səs toplaya bilib. 31 deputat onun namizədliyinin əleyhinə səs verib, daha 46 deputat bitərəf qalıb. 

O, prezident İqnasio Kassisi əvəz edəcək. 

Yeni prezident vəzifəsinin icrasına 2023-cü il yanvarın 1-dən başlayacaq. 

Qeyd edək ki, İsveçrə Sosial Demokrat Partiyasının (İSDP) nümayəndəsi Alen Berse qarşıdakı 12 ay ərzində prezident vəzifəsini icra edəcək.

Vitse-prezident vəzifəsini Müdafiə, İctimai Mühafizə və İdman Nazirliyinə rəhbərlik edən Viola Amherd tutacaq.


Oxunma sayı: 2135

Oxşar yazılar