11 ay ərzində bal ixracı Türkiyəyə 41,5 milyon dollar qazandırıb

  • 17:22 - 07 Dekabr

Yanvar-noyabr aylarında Türkiyədən bal ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz artaraq 41 milyon 503 min dollara çatıb. 

Avropa.info xəbər verir ki, bu barədə “Anadolu”ya Türkiyənin Şərqi Qara Dəniz Bölgəsi İxracatçılar Birliyinin rəhbəri Saffet Kalyoncu məlumat verib. 

İlin 11 ayında Türkiyə dünyanın 59 ölkəsinin bazarlarına 15 min 564 ton bal tədarük edib. 

Ümumilikdə bu ilin yanvar-noyabr aylarında Türkiyədən bal ixracı 41 milyon 503 min dollara çatıb. Belə ki, nəzərdən keçirilən dövrdə bal ixracı natura ifadəsində 92 faiz, pul ifadəsində isə 60 faiz artıb. 

Türkiyədən ən çox bal idxal edən ölkələrin TOP-3-ə ABŞ, İspaniya, Almaniya daxildir. ABŞ-a 15 milyon 990 min dollar, İspaniyaya 6 milyon 672 min dollar və Almaniyaya 5 milyon 58 min dollar bal ixrac olunub. 

Kalyoncunun sözlərinə görə, Türkiyə ilin əvvəlindən bal tədarükündə yeni bazarlara çıxmağı bacarıb. 

İxrac edilən balın böyük hissəsi Türkiyənin Şərqi Qara dəniz bölgəsində istehsal olunub. Bu bölgədən ixrac 1 milyon 585 min dollar təşkil edərək, ABŞ idxalçılar arasında lider olaraq qalır.


Oxunma sayı: 2069

Oxşar yazılar