Ukrayna diplomatlarına qarşı terror kampaniyası - XİN rəhbəri 15 ölkənin ADINI ÇƏKDİ

  • 17:16 - 07 Dekabr

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, ölkə diplomatlarına qarşı təhdidlər davam edir. 

Avropa.info xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb.

“Artıq bir həftədir ki, Ukrayna səfirlikləri və konsulluqları gücləndirilmiş təhlükəsizlik tədbirləri, kinoloji mütəxəssislərin, pirotexniklərin və məhkəmə ekspertlərinin gəlişi rejimində işləyir. Məsələn, Polşadan olan bu fotoda olduğu kimi”, – nazir qeyd edib. 

Kuleba bildirib ki, son iki gündə İtaliya, Polşa, Portuqaliya, Rumıniya və Danimarkadakı səfirliklərə, eləcə də Qdanskdakı konsulluğa şübhəli bağlamalar gəlib. 

“Ümumilikdə, artıq 15 ölkədə 31 hadisəmiz var: Avstriya (1), Vatikan (1), Danimarka (1), İspaniya (5), İtaliya (4), Qazaxıstan (1), Hollandiya (1), Polşa (6), Portuqaliya (2), Rumıniya (2), ABŞ (1), Macarıstan (2), Fransa (1), Xorvatiya (1), Çexiya (2). Bütün zərflər eyni göndərici ünvanı ilə qeyd olunub: Almaniyanın Sindelfingen şəhərindəki Tesla dileri. Adətən poçt göndərişləri simsiz rabitə ilə təchiz olunmayan poçt şöbələrindən gəlirdi”, - XİN rəhbəri bildirib. 

Nazirin sözlərinə görə, Ukrayna diplomatlarına qarşı terror kampaniyası öz miqyasına görə görünməmiş bir kampaniyadır.


Oxunma sayı: 3873

Oxşar yazılar