Özbəkistan tarixində İLK DƏFƏ: 400-ə yaxın məhkum əfv olunacaq

  • 17:14 - 07 Dekabr

Özbəkistan Konstitusiyasının qəbulunun 30 illiyi ilə əlaqədar prezident Şavkat Mirziyoyevin fərmanı ilə ölkə tarixində ilk dəfə olaraq 400-ə qədər məhkum bir andaca əfv olunacaq. 

Avropa.info bildirir ki, bu barədə Qazeta.uz-a dövlət başçısının mətbuat katibi Şerzod Əsədov məlumat verib. 

“Müstəqil Özbəkistan tarixində ilk dəfə olaraq islah yoluna çıxan 400-ə yaxın məhkum bir anda əfv olunacaq. Müvafiq fərman dekabrın 7-də dərc olunacaq”, - deyə o bildirib. 

O xatırladıb ki, Konstitusiya Günü milli bayram kimi bütün ölkədə geniş qeyd olunur.


Oxunma sayı: 2399

Oxşar yazılar