Azyaşlıya spirtli içki verib görüntüləri yayan şəxs cəzalandırıldı - VİDEO

  • 21:34 - 07 Dekabr

ARB telekanalında yayımlanan "Səni axtarıram" proqramında tükürpədən görüntülər nümayiş olunub. 

Avropa.info xəbər verir ki, ürək ağrıdan videoda atası azyaşlıya spirtli içki qəbul etdirir. Əvvəl uşaqdan böyüyəndə kim olacağını soruşur, o isə cavabında "alkaş" olacağını deyir. Daha sonra atasının yanında gedir ki, ona yenidən içki versin.

Veriliş zamanı nümayiş olunan görüntülər aparıcı Xoşqədəm Hidayətqızı da daxil olmaqla, studiyadakı ekspertlərdə və tamaşaçılarda böyük aqressiya yaradıb.

Aparıcı çəkiliş heyətindən azyaşlıya spirtli içki içirdən şəxsin fotosunun göstərilməsini xahiş edib. Daha sonra həmin kişini tanıyanlardan verilişə müraciət etmələrini istəyib. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avropa.info-ya verilən məlumata görə, azyaşlıya spirtli içki verərək görüntülərini sosial şəbəkədə yayan şəxs Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 189.1-ci (uşaqların təlim-tərbiyəsi vəzifələrini valideynlər və onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.


Oxunma sayı: 6513

Oxşar yazılar