"Onların adı sülhməramlı yox, sülənənməramlıdır" - Deputat

  • 20:28 - 07 Dekabr

Terrorçuları maliyyələşdirənlər elə Amerika, Fransa və Rusiyadır.

Avropa.info "modern.az"a istinadən xəbər verir ki, bu barədə deputat Aqil Abbas Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

“Sadəlövh olmayaq. Biz burada deyirik ki, İran terrora dəstək verir, amma bilirik ki, illərlə terrora dəstək verən ölkələr hansılardır. Rusiya terrorçulara silah verir. Bir tərəfdən Azərbaycan ərazilərində sülhməramlıları yerləşdiriblər. Onların adı sülhməramlı yox, sülənənməramlılardır. Düzgün adlarını deməkdən çəkinməli deyilik. Bəzən kimin nə etdiyini deməyə, adlar çəkməyə çəkinirik. İran İslam dövləti deyil, yezidlərdir. Onların şiəliyə, İmam Hüseynə aidiyyəti yoxdur”, - deyə deputat çıxışında vurğulayıb.


Oxunma sayı: 2762

Oxşar yazılar