Maskalı şəxslər məktəbli qıza hücum ediblər - Məmmədlidə ŞOK OLAY

  • 18:34 - 07 Dekabr

Abşeronda 5-ci sinif şagirdini maskalı şəxslər qaçırmaq istəyib.

Avropa.info xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.

Məlumata görə, boz rəngli avtomobildə olan maskalı şəxslər ətrafdakı insanların müdaxiləsindən sonra məktəbli qızı oğurlaya bilməyiblər.

Hadisə dünən 13:00 radələrində Məmmədli qəsəbəsində qeydə alınıb. Məktəbli qız məktəbə gedərkən maskalı şəxslər tərəfindən hücuma məruz qalıb.

Hadisə ilə əlaqədar hüquq mühafizə orqanına müraciət olunub. 


Oxunma sayı: 9043

Oxşar yazılar