Zelenski: Putin həyatının ən böyük səhvini etdi

  • 16:55 - 07 Dekabr

Rusiya prezidenti Vladimir Putin tarixi səhvə yol verdiyini özünə və başqalarına etiraf etməsə də, Rusiyanın mübarizəni davam etdirməsi üçün hər şeyi edir.

Avropa.info xəbər verir ki, bunu Madlen Olbrayt Demokratiya Mükafatlarının təqdimetmə mərasimində videobağlantı vasitəsilə çıxış edən Ukrayna prezidenti Vladimir Zelenski deyib. 

"23 fevral 2022-ci ildə - Rusiya müharibəsinin qızışmasından bir gün əvvəl Madlen Olbrayt Rusiya liderinin tarixi səhvə yol verdiyinə dair məqalə dərc etdi. Bunlar dahiyanə sözlər idi. O, həqiqətən səhv etdi - həyatında və rusların müasir nəsillərinin həyatında ən böyük səhv”, - Zelenski bildirib. 

Zelenskinin sözlərinə görə, “istənilən diktaturanın sabit ideyası səhvlərə məhəl qoymamaq və heç bir səhv olmamış kimi davranmaqdır”. “Rusiya indi özünü belə aparır. Aydındır ki, diktator uduzdu. Ancaq o, hər şeyi edir ki, Rusiya mübarizəni davam etdirsin, təki özünə və başqalarına tarixi səhvə yol verdiyini etiraf etməsin. Əgər Rusiya özünü küncə sıxışdırıb hiss edirsə, bunun günahı ancaq özünündür”, - deyə o bildirib. 

Zelenski qeyd edib ki, Ukrayna və dünya sülh, sabitlik və təhlükəsizlik təminatı almalıdır: "Buna görə də bizə son 286 gündə gördüyümüz Amerika rəhbərliyinə ehtiyacımız var".


Oxunma sayı: 1343

Oxşar yazılar