Ceyhun Bayramov: Ermənistanın mövqeyi regionda təhlükəsizliyə əsas təhdiddir

  • 16:50 - 07 Dekabr

Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirməməsi regionda sülh, təhlükəsizlik və inkişaf üçün əsas təhdiddir. 

Nazirliyin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq Departamentinin direktoru Lourens Mereditin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib. 

Nazir münaqişədən sonrakı dövrdə regionda mövcud vəziyyət, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və quruculuq işləri, Ermənistanın görülən işləri təhdid edən təxribatları, eləcə də mina təhlükəsi barədə qonaqlara ətraflı məlumat verib. 

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, investisiya, nəqliyyat və s. sahələrdə əməkdaşlığın gündəliyi, habelə regional vəziyyət müzakirə olunub. 

A.Bayramov enerji təhlükəsizliyi sahəsində Aİ ilə əməkdaşlığın əsas istiqamətlərindən biri barədə danışaraq, alternativ enerji mənbələrinin inkişafı sahəsində əməkdaşlıq baxımından Azərbaycan ilə Aİ arasında 2022-ci il iyulun 18-də Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyətini vurğulayıb.


Oxunma sayı: 2366

Oxşar yazılar