"Bu, qadınlar üçündür, yoxsa kişilər üçün?" - Lavrovun Avropada tualet problemi

  • 16:28 - 07 Dekabr

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya mədəniyyət və adət-ənənələr çərçivəsində müxtəlifliyin tərəfdarıdır, lakin indi Avropada olduğu kimi deyil. 

Avropa.info xəbər verir ki, o, dekabrın 7-də “Primakov oxunuşları” Beynəlxalq Forumunda çıxışı zamanı bu mövzuya toxunub. 

“Əgər bu, hazırda Avropada 80-dən çox olan cins müxtəlifliyidirsə, əgər keçən il İsveçdə ATƏT Nazirlər Şurasının iclasında iştirak edərkən müşahidə etdiyim şey budursa, təfərrüat üçün üzr istəyirəm, bu, iclasda fasilə zamanı olub, tualetin harada olduğunu soruşdum.  Mənə WS işarəsi olan bir qapı göstərdilər. Soruşdum ki, bu, qadınlar üçündür, yoxsa kişilər üçün? Mənə dedilər: “Bizim hər şeyimiz ortaqdır”. Mən buna inanmadım, amma əslində belə oldu”, - Lavrov deyib.


Oxunma sayı: 4291

Oxşar yazılar