İlham Əliyevlə Paşinyan arasında yeni görüş olacaq? - Kremldən AÇIQLAMA

  • 15:58 - 07 Dekabr

Rusiya Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında yeni görüşün öz ərazisində keçirilməsi üçün bütün lazımi yardımı göstərməyə hazır olacaq. 

Avropa.info TASS-a istinadən xəbər verir ki, bu barədə dekabrın 7-də jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. 

"Rusiya, təbii ki, öz ərazisində belə bir görüşün keçirilməsi üçün bütün lazımi yardımı göstərməyə hazır olacaq", - Kremlin sözçüsü müvafiq suala cavab verib. 

İlin sonunda Sankt-Peterburqda keçirilə biləcək MDB-nin qeyri-rəsmi sammitindən danışarkən o qeyd edib: “Bütün razılaşmalar yekunlaşdıqdan sonra belə bir Yeni il öncəsi görüşün <...> keçirilməsi ideyaları var. Bununla bağlı müvafiq açıqlama verəcəyik”. “Görüşdən sonra [Əliyev və Paşinyan], həmçinin anlaşma olarsa, sizə məlumat verəcəyik”, - Peskov yekunlaşdırıb. 


Oxunma sayı: 3224

Oxşar yazılar