Rusiyaya qarşı doqquzuncu sanksiyalar PAKETİ: Siyahıya 180 nəfərin adı var - Avropa İttifaqına təkliflər göndərilir

  • 10:42 - 07 Dekabr

Avropa Komissiyası (AK) bu gün Avropa İttifaqı (Aİ) ölkələrinin daimi nümayəndələrinə Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi ilə bağlı təkliflər göndərəcək. 

Avropa.info xəbər verir ki, bu barədə çərşənbə günü “Politico” adı açıqlanmayan avropalı diplomatlara istinadən yazır. 

Nəşrin məlumatına görə, sanksiya siyahılarına 180 fiziki şəxs daxil ola bilər, bundan əlavə, pilotsuz uçuş aparatları sahəsində məhdudiyyətlər nəzərdən keçirilir. 

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen noyabrın sonunda bildirib ki, Aİ Ukraynadakı münaqişəyə görə Rusiyaya qarşı növbəti məhdudiyyətlər paketi üzərində fəal işləyir. Fon der Leyenin sözlərinə görə, Aİ Rusiya iqtisadiyyatını zəiflətmək üçün çox çalışır və Ukrayna qalib gələnə qədər dayanmayacaq. 

Rusiyanın Ukraynanı işğalının başladığı fevral ayından bəri Avropa İttifaqı artıq Rusiyaya qarşı səkkiz sanksiya paketi tətbiq edib. Son sanksiyalar paketi oktyabrın əvvəlində təsdiqlənib.


Oxunma sayı: 3455

Oxşar yazılar