Türkiyənin F-16 almasını şərtləndirən maddələr ABŞ-ın müdafiə büdcəsindən ÇIXARILDI

  • 10:18 - 07 Dekabr

ABŞ-da F-16-ların Türkiyəyə şərtlərlə satışını şərtləndirən bəndlər müdafiə büdcəsi qanun layihəsindən tamamilə çıxarılıb. Ancaq indi Xarici Əlaqələr Şurasının sədri Bob Menendezin təsdiqinin vaxtıdır. Təsdiqlənərsə, qanun layihəsi prezident Co Baydenə göndəriləcək. 

Avropa.info xəbər verir ki, ABŞ Konqresinin hər iki palatasının senatorları və nümayəndələrinin daxil olduğu konfrans komitəsi 857 milyard dollarlıq müdafiə büdcəsini ehtiva edən NDAA qanun layihəsini yekunlaşdırıb. 

Qanun layihəsinin son variantında Kipr yunan lobbisinə yaxınlığı ilə tanınan Nyu-Hempşir nümayəndəsi Demokrat Kris Pappas, Florida ştatının Respublikaçı nümayəndəsi Qus Bilirakis, Nyu-York təmsilçisi respublikaçı Nikol Malliotakis və Nyu Cersi Nümayəndəsi Demokrat Frant Pallone daxil olmaqla 18 nümayəndə tərəfindən təqdim edilən və qanun layihəsinin Nümayəndələr Palatasının variantına əlavə edilən F-16-ların Türkiyəyə satışını məhdudlaşdırıcı şərtlərlə bağlayan bəndlər yox idi.

Müvafiq bəndlərin çıxarılması əvvəllər Nyu Cersi senatoru Bob Menendez və Merilend senatoru Chris van Hollen tərəfindən təqdim edilən oxşar bəndlərin NDAA qanun layihəsinin Senat versiyasına daxil edilməməsindən sonra gəlir.


Oxunma sayı: 2113

Oxşar yazılar