Kremldən ABŞ-da dövlət katibinin açıqlamasına CAVAB: Moskva danışıqlar üçün perspektiv görmür

  • 14:19 - 06 Dekabr

Ukraynada baş verənlər ədalətli və davamlı sülhlə yekunlaşmalıdır, lakin Moskva hələ də danışıqlar üçün heç bir perspektiv görmür. 

Avropa.info TASS-a istinadən xəbər verir ki, bu barədə dekabrın 6-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. 

"Biz razılaşa bilərik ki, baş verənlərin nəticəsi ədalətli, uzunmüddətli sülh olmalıdır", - Kremlin sözçüsü ABŞ dövlət katibi Entoni Blinkenin Ukraynadakı vəziyyətin Moskva və Kiyev arasında sülh danışıqları yolu ilə həll oluna biləcəyi ilə bağlı bəyanatlarını şərh edərkən deyib. 

"Ancaq hansısa danışıqların perspektivlərinə gəlincə, biz onları hazırda görmürük", - Peskov vurğulayıb və əlavə edib ki, Moskva bu barədə dəfələrlə danışıb. 

Kreml sözçüsü həmçinin vurğulayıb ki, Rusiya "Ukraynada" xüsusi hərbi əməliyyatın "məqsədlərinə çatmalıdır və çatacaq".


Oxunma sayı: 3851

Oxşar yazılar