Kanadada əsgər çatışmazlığı: İmmiqrantları da orduya çəlb edəcəklər

  • 14:08 - 06 Dekabr

Kanadanın Milli Müdafiə Nazirliyi hələ vətəndaşı olmayan daimi yaşayan immiqrantları hərbi xidmətə cəlb etmək qərarına gəlib. Kanada ordusunda əsgər çatışmazlığı var. 

Avropa.info xəbər verir ki, Kanada mətbuatında əksini tapan məlumata görə, Kanada Silahlı Qüvvələrində cinsi qısnama halları ilə başlayan və nəhayət, COVID-19 epidemiyası səbəbiylə alınan peyvənd qərarları səbəbiylə kadr çatışmazlığı pik həddinə çatıb. 

Nazirlik elan edib ki, daimi yaşayan immiqrantlar artıq xarici hərbçi tərəfindən təlim keçməsindən asılı olmayaraq, Kanada Silahlı Qüvvələrinə qoşulmaq üçün müraciət edə bilərlər. 

Kanada ordusunda hələ də dəniz, hava və quru qoşunları üçün ən az 8 min əsgər çatışmazlığının olduğu ifadə edilən açıqlamada, 2023-cü ilin mart ayına qədər orduya 5 min 900 yeni əsgər əlavə etmək hədəfinin olduğu bildirilib. 

Bu günə qədər yalnız xarici ordular tərəfindən yetişdirilmiş ixtisaslı mütəxəssislər olduqda işə götürülən immiqrantlar, federal hökumətin müraciət edənlər hovuzunu genişləndirdiyi üçün yeni iş imkanları da tapacaqlar. 

Nazirlik bildirir ki, orduya qoşulmaq daimi yaşayan immiqrantların vətəndaşlıq almasına da kömək edə bilər. 

Oktyabr ayında Kanadanın Baş Qərargah rəisi general Ueyn Eyr qoşunların cəlb edilməsini artırmaq üçün bütün vacib olmayan fəaliyyətlərin dərhal dayandırılmasını əmr edib. 

Kanada Silahlı Qüvvələri orduda az təmsil olunan qrupları işə götürməklə, geyim kodlarını yumşaltmaqla və daha əhatəli və çevik qaydalara malik iş yerləri yaratmaqla işə cəlb etməyi cəlbedici etməyə çalışır. 

Məcburi hərbi xidmətin olmadığı Kanadada orduya getmək istəyənlər maaşları və şəxsi hüquqları müqabilində ixtisaslarına uyğun işlə təmin olunurlar.


Oxunma sayı: 1629

Oxşar yazılar