Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltəraşlıq əsəri İlham Əliyevə təqdim edilib

  • 13:53 - 06 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyevə görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltəraşlıq əsəri təqdim edilib.

Avropa.info xəbər verir ki, heykəltəraşlıq əsərini bu gün Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov təqdim edib.

Qeyd edilib ki, Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərliyi dövründə digər Qafqaz xalqları kimi, Dağıstan xalqına qarşı da nəzərdə tutulmuş sürgünün qarşısını alıb. Buna görə Dağıstan ağsaqqalları adından ona tərkində uşaq olan atlının əks olunduğu heykəltəraşlıq əsəri hədiyyə edilib. Bu əsər bundan sonra Prezident İlham Əliyevin iş otağında olacaq.


Oxunma sayı: 1453

Oxşar yazılar