ABŞ-da 5 milyon dollarlıq "makaron davası" - Müştəri şirkəti məhkəməyə verir

  • 12:56 - 06 Dekabr

ABŞ-da bir istehlakçı makaron paketinin üzərində göstərilən stehsal vaxtının açılış vaxtına daxil edilmədiyini əsas gətirərək, istehsalçı şirkəti 5 milyon dollar tələb edib. 

Avropa.info xəbər verir ki, Florida ştatında bir istehlakçı mikrodalğalı pendirli makaronun müəyyən edilmiş hazırlanma müddətinə paketin açılması vaxtının daxil olmadığını əsas gətirərək, istehsalçıya qarşı 5 milyon dollarlıq iddia qaldırıb. 

İddia olunan məhsulun qablaşdırmasında pendirli makaronun 3,5 dəqiqəyə hazırlana biləcəyi qeyd olunub. 

İddiaçı iddia edib ki, bu müddətə qutunun qapağını və pendir sousu torbasını açma vaxtı daxil deyil. 

Buna görə də o, pendirli makarona lazım olduğundan daha çox pul ödədiyini iddia edib. 

İddiaçının vəkilləri də iddia edirdilər ki, şirkət istehlakçıları “çaşdıran” reklamı dayandırmalıdır. 

Şirkətin vəkilləri isə işi “mənasız” adlandırıblar. 

ABŞ-da istehlakçıların "aldadılması" ilə bağlı iddialar əvvəllər də məhkəmə çəkişmələrinin mövzusu olub.


Oxunma sayı: 2267

Oxşar yazılar