İran edam cəzalarının icrasına başlayır - Etiraz aksiyalarına görə həbs edilən 6 nəfərin hökmü təsdiqləndi

  • 12:48 - 06 Dekabr

İranda Məhsa Əmininin polis nəzarətinə götürüldükdən sonra ölümündən sonra başlayan etirazlara görə edam cəzasına məhkum edilən 6 nəfərdən bəzilərinin hökmü Ali Məhkəmə tərəfindən təsdiqləndiyi və tezliklə edam ediləcəyi bildirilib. 

Avropa.info bildirir ki, İranın “Şərq” qəzetinin xəbərinə görə, ədliyyə naziri Qulam Hüseyn Muhsini Ejei etirazlarla əlaqədar həbs olunan bəzi etirazçıların məhkəmə prosesinin qısa müddətdə yekunlaşdığını bildirib. 

Nazir bu çərçivədə nümayişlər zamanı “terror, qətl, ictimai asayişi pozmaq” kimi ittihamlarla mühakimə olunanların edam və ya uzun müddətli həbs cəzasına məhkum edildiyini xatırladıb. 

"Dövlətə qarşı çıxan və savaş açan, odlu və soyuq silahlarla adam öldürən, etimadsızlıq yaradan bəzilərinin cəzaları da təsdiqləndi və tezliklə icra olunacaq", - deyə o bildirib. 

İndiyədək İranda 6 nəfərə ölüm hökmü çıxarılıb. Dəqiq neçə hökmün təsdiqləndiyi açıqlanmayıb.


Oxunma sayı: 2267

Oxşar yazılar