Yunanıstanda ortalıq qarışdı: Polis 16 yaşlı GÜLƏLƏDİ - FOTO

  • 12:40 - 06 Dekabr

Yunanıstanda “dur” xəbərdarlığına tabe olmayan və avtomobili ilə qaçan 16 yaşlı sürücü polisin açdığı atəş nəticəsində ağır yaralanıb. 

Avropa.info xəbər verir ki, etirazçılar paytaxt Afinada Daxili İşlər Nazirliyinin binası, Sintaqma Meydanı və Eksarhia səmtinin qarşısında bir araya gələrkən, Selanikdə şəhər mərkəzində və ağır yaralı gəncin yatdığı xəstəxananın qarşısında etiraz aksiyaları keçirilib. 

Exarhia şəhərində etirazçılar polisə "Molotov kokteyli" və daş atıblar, polis isə gözyaşardıcı qazla cavab verib. 

Yunanıstan Dövlət Agentliyinin AMNA-nın xəbərinə görə, Salonikinin mərkəzində keçirilən etirazlarda 6 nəfər saxlanılıb. 

Yunanıstanın Saloniki şəhərində bu gün səhər tezdən “dur” xəbərdarlığına əməl etməyərək, qaçan sürücü polisin açdığı atəş nəticəsində ağır yaralanıb. 

Başından xəsarət alan 16 yaşlı gəncin müalicəsi reanimasiya şöbəsində aparılıb. 

Yunanıstan Daxili İşlər Nazirliyindən verilən açıqlamada, polisin aldığı benzinin pulunu vermədən gedən yanacaqdoldurma məntəqəsi işçisinin şikayətindən sonra gənci izlədiyi bildirilib. 

Gəncin polis təqibindən yayınmaq üçün avtomobili təhlükəli şəkildə idarə etdiyi və xəbərdarlıqlara məhəl qoymadığı vurğulanan açıqlamada polisin sürücünü iki atəş açaraq saxlamağa çalışdığı irəli sürülüb.

Yunanistan'da sokaklar karıştı:16 yaşındaki gence polis kurşunu - 2

 

Yunanistan'da sokaklar karıştı:16 yaşındaki gence polis kurşunu - 4

 

Yunanistan'da sokaklar karıştı:16 yaşındaki gence polis kurşunu - 5

 

Yunanistan'da sokaklar karıştı:16 yaşındaki gence polis kurşunu - 6

 

Yunanistan'da sokaklar karıştı:16 yaşındaki gence polis kurşunu - 7

 

Yunanistan'da sokaklar karıştı:16 yaşındaki gence polis kurşunu - 8

 

Yunanistan'da sokaklar karıştı:16 yaşındaki gence polis kurşunu - 9

Oxunma sayı: 2465

Oxşar yazılar