Daha bir ölkədə kütləvi etirazlar başladı - Baş nazir hökumətin istefaya getməyəcəyini bildirdi

  • 12:31 - 06 Dekabr

Monqolustan hökuməti istefa verməyəcək, lakin islahatlara hazırdır. 

Avropa.info xəbər verir ki, bunu ölkənin baş naziri Luvsannamsrein Oyuun-Erdene ölkədəki kütləvi etirazları şərh edərkən bildirib. 

Onun sözlərinə görə, ölkənin Milli Təhlükəsizlik Şurasının son iclasında hökumətin istefası və parlamentin buraxılması mövzusu qaldırılmayıb. "Prezident xalqın onu dəstəklədiyi təqdirdə sistem islahatlarını dəstəkləməyə hazır olduğunu söylədi", - hökumət başçısı deyib. 

Baş nazir siyasi partiyaların və ictimai təşkilatların rəhbərləri ilə mümkün transformasiyalar mövzusunu müzakirə etmək niyyətində olduğunu bildirib. 

Etirazçılar bundan əvvəl seçki sistemində islahatlar da daxil olmaqla 20-yə yaxın tələb və təklif irəli sürüblər. 

Oyuun-Erdene böyük miqyaslı kömür oğurluğunun arxasında duranların Ulan-Batordakı etiraz aksiyalarından öz məqsədləri üçün istifadə etməyə çalışdıqlarına əminliyini ifadə edib.


Oxunma sayı: 2927

Oxşar yazılar