Hulusi Akardan NATO AÇIQLAMASI: "İsveç və Finlandiyadan konkret addımlar gözləyirik”

  • 12:22 - 06 Dekabr

Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, Finlandiyanın müdafiə naziri Antti Kaikkönen dekabrın 8-də Ankaraya gələcək. Qarşıdakı danışıqların gündəliyinə müdafiə və təhlükəsizlik mövzuları, o cümlədən Skandinaviya ölkəsinin NATO-ya daxil olması prosesi görünür. 

Avropa.info "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Hulusi Akar rəsmi Ankaranın Şimali Atlantika Alyansının açıq qapı siyasəti məsələsində açıq olduğunu və açıq qaldığını vurğulayıb. Nazir vurğulayıb ki, eyni zamanda Türkiyə milli təhlükəsizlik məsələsində öz prioritetlərini nəzərə almağı gözləyir. 

O xatırladıb ki, NATO ilk növbədə təhlükəsizlik strukturudur, terrorizm isə Alyans ölkələrinin əsas döyüş meydanlarından biridir. 

“Terrorizm bütün ölkələrin gündəmində olan ciddi problemdir. Türkiyə yeganə ölkədir ki, bir neçə terror təşkilatı ilə eyni vaxtda mübarizə aparır. Təhdidlərə qarşı mübarizədə ölkəmizin hərəkətləri və töhfəsi nəzərə alınmalıdır”, - deyə Akar bildirib. 

O, NATO-nun Madriddə keçirilən sonuncu sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveçin imzaladığı Üçtərəfli Memorandumu xatırladıb. “Memorandumun tələbləri çox aydındır. İsveç və Finlandiya yerinə yetirilməli olan müəyyən öhdəliklər götürüblər. Bu Memorandum heç də son deyil, prosesin başlanğıcıdır. Bütün məsələlər həll edildikdən sonra Türkiyə parlamentində ərizələr üzrə səsvermə keçiriləcək. Biz iki Skandinaviya ölkəsinə kömək etməyə hazırıq. Eyni zamanda, biz bu ölkələrdə gedən prosesləri diqqətlə izləyirik. Təəssüf ki, Finlandiya və İsveçdə təxribat xarakterli aksiyalar hələ də davam edir. İsveç və Finlandiyadan konkret addımlar gözləyirik”, - deyə Akar bildirib.


Oxunma sayı: 2410

Oxşar yazılar