Türkiyənin daxili işlər naziri AÇIQLADI: "Silindr" əməliyyatı başladı - Əməliyyat Türkiyənin 50 vilayətini əhatə edib - VİDEO

  • 11:33 - 06 Dekabr

Türkiyənin hüquq-mühafizə orqanları mütəşəkkil cinayətkar dəstələrdə iştirak edən şəxslərin tutulması istiqamətində genişmiqyaslı əməliyyat keçirib. 

Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu çərşənbə axşamı bildirib.

Nazirin sözlərinə görə,  "Sinidr" adlı əməliyyat çərçivəsində barələrində order verilmiş 502 nəfərdən 400-ü artıq ölkənin 50 vilayətində nəzarətə götürülüb. 

"Söhbət 18 mütəşəkkil cinayətkar qrupla mübarizədən gedir", - nazir bildirib. 

S.Soilu qeyd edib ki, ümumilikdə ilin əvvəlindən ölkədə mütəşəkkil cinayətkar dəstələrdə iştirak edən 2703 nəfər saxlanılıb. 66 mütəşəkkil cinayətkar qrupun fəaliyyətinin qarşısı alınıb.


Oxunma sayı: 2201

Oxşar yazılar