Zelenski: Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiya raketlərinin əksəriyyətini vurub

  • 10:50 - 06 Dekabr

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri dekabrın 5-də növbəti kütləvi hücumda Rusiya raketlərinin əksəriyyətini vurub. 

Avropa.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində deyib. 

Onun sözlərinə görə, artıq energetiklər elektrik enerjisinin verilməsini bərpa etməyə başlayıblar. 

“Mən hava hücumundan müdafiə qüvvələrinə, energetiklərimizə və xalqımıza təşəkkür etmək istəyirəm. Hava hücumundan müdafiə qüvvələri raketlərin əksəriyyətini vurub. Artıq energetiklər işığı bərpa etməyə başlayıblar. Xalqımız heç vaxt təslim olmur", - deyə Ukrayna lideri bildirib. 

Bundan əvvəl məlumat verilmişdi ki, bazar ertəsi Rusiya qoşunları Ukraynaya qarşı növbəti iri raket hücumu həyata keçirib. 

Ukrayna tərəfinin məlumatına görə, infrastruktur obyektlərinə bir neçə zərbə vurulub.


Oxunma sayı: 2168

Oxşar yazılar