Əfqanıstanda partlayış - Ən azı 7 nəfər öldü, 6 nəfər yaralandı

  • 10:42 - 06 Dekabr

Əfqanıstanın Bəlx əyalətində bombanın partlaması nəticəsində ən azı 7 avtobus sərnişini həlak olub. 

Avropa.info bildirir ki, bu barədə yerli KİV məlumat yayıb. 

Məlumata görə, hadisə Məzari-Şərif şəhərində baş verib. Xidmət avtobusu Özbəkistanla sərhəddə yerləşən Hayratan keçid məntəqəsinin əməkdaşlarını aparıb. 

Bəlx Polis İdarəsinin sözçüsü Məhəmməd Asif Vəziri bildirib ki, partlayış nəticəsində 7 nəfər ölüb, 6 nəfər yaralanıb. 

Bombanın küçə satıcılarının piştaxtasının altına qoyulduğu müəyyən edilib. 

Hadisə yerinə təcili yardım briqadası gedib, heç bir təşkilat partlayışa görə məsuliyyəti üzərinə götürməyib.


Oxunma sayı: 2476

Oxşar yazılar