Blinken İrandakı etirazların nəticəsi ilə bağlı proqnoz vermək istəmədi

  • 10:35 - 06 Dekabr

ABŞ dövlət katibi Entoni Blinken İrandakı etirazların nəticəsi ilə bağlı hər hansı proqnoz verməyə hazır deyil. 

Avropa.info xəbər verir ki, Blinken "The Wall Street Journal"ın jurnalistinin sualına cavab olaraq bildirib. "Bunun necə inkişaf edəcəyi ilə bağlı heç bir proqnoz vermək fikrində deyiləm", - deyə o qeyd edib. 

Blinkenin sözlərinə görə, sual İran hökumətinin “öz xalqının ehtiyac və istəklərinə” necə cavab verə biləcəyindən gedir. 

Xatırladaq ki, İranda etirazlar sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra başlayıb. Rəsmi versiyaya görə, polis Əmini baş örütüyünü düzgün geyinmədiyi üçün "əxlaq polisi" tərəfindən saxlanılıb. Dindirilmə zamanı o, infarkt keçirib və bu səbəbdən dünyasını dəyişib. Lakin sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb. Oktyabrın 7-də İranın Ədliyyə Tibb Təşkilatı isə qızın ölüm səbəbi ilə bağlı rəsmi hesabat yayıb və onun xəsarət almadığını bildirib. İğtişaşlara çevrilən etirazlar indiyədək səngiməyib.


Oxunma sayı: 1805

Oxşar yazılar