Rusiya bu yerlərdə mitinqlərin keçirilməsini QADAĞAN ETDİ - Putin qanun imzalayıb

  • 09:17 - 06 Dekabr

Rusiya prezidenti Vladimir Putin dövlət orqanları, kilsələr, məktəblər, dəmiryol vağzalları və hava limanları yaxınlığında mitinq, yürüş və nümayişlərin keçirilməsini qadağan edən qanun imzalayıb. 

Avropa.info xəbər verir ki, müvafiq sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub. 

Universitet və xəstəxanaların binalarının yaxınlığında da kütləvi tədbirlər keçirmək qadağandır. 

Qanun əvvəllər Federasiya Şurası tərəfindən təsdiqlənib.


Oxunma sayı: 1849

Oxşar yazılar