Çavuşoğlu Ermənistana mesaj verdi: "Biz dediyimizi edirik və etdiyimizi deyirik”

  • 09:06 - 06 Dekabr

Türkiyə hazırda beynəlxalq diplomatiyanın ən etibarlı oyunçularından biridir. 

Avropa.info xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu deyib. 

“Bu gün Türkiyə dünya diplomatiyasının ən etibarlı oyunçularından biridir. Çünki biz dediyimizi edirik və etdiyimizi deyirik”, - Çavuşoğlu Ankarada Hacı Bayram Vəli Universitetində təşkil edilən “Türkiyə Girişimcilik və Humanitar Xarici Siyasət” konfransında çıxış edərkən deyib. 

Diplomat xatırladıb ki, Türkiyənin vasitəçiliyi ilə bağlanmış İstanbul Taxıl Sazişi sayəsində qlobal ərzaq böhranının qarşısını almaq mümkün olub. 

Çavuşoğlu qeyd edib ki, Ankaranın enerji böhranının qarşısını almaq üçün atdığı son addımlar həm Türkiyədə, həm də onun ətrafındakı ölkələrdə enerji təhlükəsizliyini artırıb. 

Nazir çıxışında Rusiya-Ukrayna müharibəsinin nəticələri və Moskvaya qarşı sanksiyalara görə Şimal dəhlizinin əhəmiyyətini itirdiyini, bütün dünyanın diqqətinin Orta Dəhlizdə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yönəldiyini də qeyd edib.  

Nazir ümid etdiyini bildirib ki, “Ermənistan da özünə gələcək və bu ölkədən keçəcək layihələrdən də yararlanacaq”.


Oxunma sayı: 2190

Oxşar yazılar